Argentina Messinin getməsindən sonra ilk oyunda məğlub oldu

14.11.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Argentina milli futbol komandası evdə Uruqvaya qarşı yoldaşlıq oyununda 1:2 hesabı ilə məğlub olub.

Bu barədə Moderator.az TASS-a istinadən məlumat verir.

Argentinalıların müdafiəçisi Leonardo Balerdi 48-ci dəqiqədə topu öz qapısından keçirib. Uruqvay millisində isə 53-cü dəqiqədə Maksimiliano Arauxo hesabdakı fərqi ikiyə çatdırıb. Xulian Alvarezin 73-cü dəqiqədə fərqlənməsi isə Argentina millisi üçün təsəllidən başqa bir şey olmayıb.

Qeyd edək ki, milli komandada karyerasının başa çatdığını elan edən Lionel Messinin vida matçından sonra Argentina milli komandası ilk oyununu keçirib. Argentinalılar 2023-cü ilin noyabr ayından bəri ilk dəfə ev oyununda məğlub olublar. O zaman onlar 2026-cı il Dünya Çempionatı üçün seçmə mərhələnin matçında Uruqvaya 0:2 hesabı ilə məğlub olmuşdular. Argentina növbəti yoldaşlıq oyununu Kosta-Rikaya, Uruqvay isə dominikanlılara qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью