Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Argentina Messiyə belə vida edəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Argentinada bu həftəsonu keçiriləcək bütün futbol oyunları Lionel Messiyə həsr olunacaq.
QOL.az xəbər verir ki, Argentina Futbol Assosiasiyasının qərarına əsasən, ölkənin bütün kişi və qadın divizionlarında keçiriləcək matçlar ilk hissənin 10-cu dəqiqəsində 60 saniyəlik alqış üçün dayandırılacaq.
Həmçinin stadionunda ekran olan arenalarda oyunlardan əvvəl Messi ilə bağlı Argentina Futbol Assosiasiyasının hazırladığı xüsusi video nümayiş etdiriləcək.
Xatırladaq ki, Messi avqustun 31-də sosial şəbəkə hesabında Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, milli komandanın heyətində 125 qol vurub. Bu qolların 21-i dünya çempionatlarında qeydə alınıb.