Argentina millisi Bakıdakı dünya çempionatını xalsız başa vurub

13.07.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb - 4:1.

Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.

G qrupunun Çexiya - Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью