Argentina millisində dəyişiklik: Balerdi heyətdən çıxarıldı

11.06.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina millisinin dünya çempionatı üçün heyətində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, zədəli Leonardo Balerdinin əvəzinə Markos Senesi yığmanın heyətinə cəlb olunub.

Balerdi məşq zamanı sağ baldır nahiyəsindən zədə aldığı üçün mundialda iştirak edə bilməyəcək.

Bu səbəbdən Argentina millisinin baş məşqçisi Lionel Skaloni müdafiə xəttində məcburi dəyişikliyə əl atıb.

Qeyd edək ki, Argentina dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

"Real"dan Kamavinqa qərarı: QİYMƏTİ AŞAĞI SALINDI "Latsio" satılmır!" - Klubdan açıqlama “Fənərbaxça”dan ulduz transferi: 65 milyon avro ABŞ-a buraxılmayan somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək Erden Timur azadlığa buraxıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью