Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu VİDEO

12.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Argentina millisinin müdafiəçisi Markos Senesi gözlənilmədən yığmanın düşərgəsinə dəvət alıb.

Milli.Az xəbər verir ki, futbolçu İspaniyanın İbiza adasında istirahətdə olarkən ona Argentina millisinin baş məşqçisi Lionel Skaloni tərəfindən zəng edilib. Bildirilib ki, zədə səbəbindən heyətdən kənarda qalan Leonardo Balerdinin əvəzinə Senesi komandaya qoşulmalıdır.

Hadisənin baş verdiyi anlar futbolçunun sevgilisi Kelci-Rose Bouers tərəfindən sosial şəbəkədə paylaşılıb. O qeyd edib ki, cütlük şam yeməyinə hazırlaşarkən gələn zəng bütün planları dəyişib.

Çağırışdan dərhal sonra Senesi yığmaya qoşulmaq üçün təcili şəkildə ABŞ-yə yola düşüb. Bu gözlənilməz xəbər sosial şəbəkələrdə futbolsevərlər arasında geniş müzakirələrə səbəb olub.

Musa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью