Argentina millisinin baş məşqçisi: “Oyundan bir gün öncə Messi ilə danışacam”

14.10.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin "İnter Mayami" - "Atlanta" (4:0) oyununda iştirak etmək üçün Argentina millisinin düşərgəsindən ayrılmasına münasibət bildirib. Argentinalı mütəxəssis bununla bağlı "TyC Sports" açıqlama verib:

"Şənbə günü Messinin oyununu gördüm. Bildiyimə görə, hər şey yaxşı keçdi. Onunla hələ danışmamışam. Hazırda sabahkı oyundan əvvəl son məşqimizdəyik. Oyundan bir gün öncə, həmişə etdiyimiz kimi, onunla danışacam. Əgər o, sağlamdırsa, sabah oynayacaq".

Qeyd edək ki, Argentina sabah Puerto Riko ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью