525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloninin ailəsinə ağır itki üz verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionu olmuş məşqçinin anası dünyasını dəyişib.
Bu barədə Argentina Futbol Federasiyası məlumat yayaraq Skaloniyə başsağlığı verib. Məlumatda həmçinin, 75 yaşlı Eulaliya Marsettinin uzun müddətdir ki, sağalmaz xəstəliklə mübarizə apardığı bildirilir.
Qeyd edək ki, 48 yaşlı Lionel Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Təcrübəli mütəxəssisin rəhbərliyi altında milli 2022-ci ildə dünya çempionu olub, bu il isə gümüş medallara layiq görülüb. Bundan başqa 2021 və 2024-cü illərdə Amerika Kubokuna da sahib çıxıb.
L.Tağıyeva