Argentina millisinin futbolçusu DÇ 2026 nı buraxa bilər

25.01.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Argentina millisinin futbolçusu DÇ-2026-nı buraxa bilər

"Vilyarreal"ın və Argentina yığmasının müdafiəçisi Xuan Foyt sıradan çıxıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya La Liqasının 21-ci turunda "Real"a qarşı keçirilən matçda (0:2) sol ayağından ağır zədə alan futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq. 

Bu fonda futbolçunun DÇ-2026-nı buraxmaq ehtimalı yüksəkdir. "Sport.es" nəşrinin məlumatına görə, bu cür zədələrdən sonra bərpa müddəti adətən 6-9 ay çəkə bilir. Mundialın 11 iyun - 19 iyul tarixlərində keçiriləcəyini nəzərə alsaq, Foytun turnirə qədər tam hazır olması sual altına düşüb.

Qeyd edək ki, cari mövsümdə "Vilyarreal"ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Foyt Argentina millisinin heyətində DÇ-2022-nin və Finalissimanın qalibi olub, həmçinin 2019-cu ildə Amerika Kubokunda bürünc medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью