Argentina millisinin hücumçusu İnterə keçə bilər

25.12.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin əsas hədəfi "Bolonya"da çıxış edən Santiaqo Kastrodur. Bu barədə "Sport Mediaset" məlumat yayıb.

"İnter" argentinalı forvardı gələn ilin yayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Bolonya" Santiaqo Kastronu bu ilin yayında "Velez Sarsfild"dən transfer edib. Argentina U-23 millisinin üzvü olan 20 yaşlı hücumçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью