Argentina millisinin üzvü Əl Əhli yə keçə bilər

23.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Atletiko"nun futbolçusu Tiaqo Almada karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Əhli" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "TYC Sports" məlumat yayıb.

Ərəblər Almadaya 3 illik müqavilə təklif edib. "Əl-Əhli" 25 yaşlı ön xətt oyunçusu üçün İspaniya klubuna 26 milyon avro ödəməyə  hazırdır.

Qeyd edək ki, "Atletiko" Tiaqo Almadanı 2025-ci ilin yayında "Botafoqo"dan 21 milyon avroya transfer edib. Argentina millisinin üzvü madrid təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью