Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Alexandro Qarnaço Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina edib.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr" "Mançester Yunayted"in vingerini heyətinə qatmaq istəyib.
Lakin argentinalı futbolçu Ər-Riyad klubunun bu təklifindən imtina edib. O, Avropada oynamağa üstünlük verir.
"Qırmızı şeytanlar" 21 yaşlı futbolçuya digər klublardan gələn təklifləri dəyərləndirməyə icazə verib.
Qeyd edək ki, Argentina millisinin üzvü ötən mövsüm Premyer Liqada 36 oyunda iştirak edib, 6 qol və 2 assistlə yadda qalıb.
"Beşiktaş"dan növbəti transfer Yoahim Löv geri qayıdır? “Barsa”dan ayrıldı - yeni klubu bəlli oldu "Napoli" sanki ələ salıb: "Qalatasaray"a növbəti şərt Jorje Jeşuş rəsmən "Əl-Nəsr"də