Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Bornmut”dan ayrılan Markos Senesini transfer edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Keçid yaxın zamanda rəsmiləşəcək.
29 yaşlı müdafiəçi başa çatan mövsümdə Premyer Liqada 35 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.
Senesi Argentina yığmasının da üzvüdür.