Argentina mundiala vəsiqəni təmin etdi

06.06.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Çiliyə qalib gələn (1:0) Argentina millisi  Cənubi Amerikada 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə turnirində birinci yeri təmin edib. Sport24.az xəbər verir ki, argentinalılar 15 turda 34 xal toplayıb və turnir cədvəlinə başçılıq edirlər.

Ekvador və Paraqvay hərəyə 24 xalla ikinci və üçüncü pillələrdə qərarlaşıb.

Qeyd edək ki, 2026-cı ildə təşkil olunacaq dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə olaraq final mərhələsində 48 komanda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью