Argentina mundiala vəsiqəsini təmin edib Messidən dubl | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. Argentina yığması 2026-cı il dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsind
İdman.biz xəbər verir ki, Lionel Messinin dubl etdiyi görüşdə argentinalılar Venesuelanı 3:0 hesabı ilə məğlub ediblər.
Komandanın digər qolunu Lautaro Martines vurub. Bu nəticə ilə Argentina seçmə mərhələnin birincisi kimi mundiala vəsiqəni təmin edib.
7-ci yerdə qərarlaşan Venesuela isə DÇ-2026-da iştirak şansını pley-off görüşlərində qoruyacaq.
Braziliya da Rio-de-Janeyrodakı “Marakana” stadionunda inamlı qələbə qazanaraq çempionata vəsiqə əldə edib.
Braziliya – Çili 3:0 Qollar: Estevao (38), Lukas Paketa (72), Bruno Qimaraeş (73) Uruqvay – Peru 3:0 Qollar: Aqirre (14), Arraskaeta (58), Vinyas (80) Kolumbiya – Boliviya 3:0 Qollar: Xames Rodriqes (31), Kordoba (74), Kintero (83) Paraqvay – Ekvador 0:0 Bu heç-heçə Paraqvaya ilk “altılıq”da yerini rəsmiləşdirməyə bəs edib.
Argentina, Braziliya, Uruqvay, Kolumbiya, Ekvador və Paraqvay Cənubi Amerikadan birbaşa DÇ-2026-ya yollanacaq.
7-ci yerdə qərarlaşan komanda isə qitələrarası pley-offda mübarizə aparacaq.
Tam oxu
Xəbəri oxu