Argentina polisi prezidentə daş atan gənci həbs edib

28.08.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Argentina polisi respublika prezidenti Xavyer Mayliyə daş atan 22 yaşlı gənci saxlayıb.

Doğru.az xəbər verir ki, TN-nin məlumatına görə, insident seçkiqabağı tədbir zamanı baş verib. Şübhəli şəxslə birlikdə daha bir nəfər saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Bundan əvvəl Argentinanın Lomas de Zamora şəhərində etirazçıların Maylinin kortejinə daş atdığı bildirilmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью