Argentina Prezidenti: Çox sağ olun, uşaqlar, sonadək mübarizə apardınız”

20.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina Prezidenti Xavyer Miley futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını azarkeşlərlə qeyd etmək qərarına gələrsə, həmin günün ölkədə qeyri-iş günü elan olunacağını bildirib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 

O qeyd edib ki, bayram tədbirlərinin keçiriləcəyi tarix futbolçular və məşqçilər korpusu tərəfindən müəyyənləşdirildikdən sonra həmin gün rəsmi istirahət günü elan ediləcək.


X.Miley DÇ-2026-nın finalından sonra Argentina millisinə də təşəkkür edib:
"Çox sağ olun, uşaqlar. Sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir".
Qeyd edək ki, yığma dünya çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью