Argentina Prezidenti Messiyə təşəkkür etdi

07.10.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Argentina Prezidenti Messiyə təşəkkür etdi

Argentina Prezidenti Xavyer Miley Lionel Messinin milli karyerasını başa vurması haqda danışıb. 

QOL.az xəbər verir ki, o, 39 yaşlı hücumçuya təşəkkür edərək futbolçunun həm meydanda, həm də meydandan kənarda göstərdiyi möhtəşəm performansları vurğulayıb:

“Səmimi qəlbdən təşəkkür edirəm, Lionel Messi. Səylərlə mümkünsüzə belə nail olmağın mümkün olduğunu dünyaya göstərdiyin, bizə meydanda və meydandan kənarda bəxş etdiyin hər şeyə görə təşəkkür edirəm. Messi inanılmazdır! İrəli, Argentina!”

Miley Messinin oyununu izləməkdən zövq aldığını da bildirib və argentinalı futbolçunu hər şeydə ən yaxşı hesab etdiyini deyib. O, həyatın uğursuzluqlardan qaçmaq deyil, bütün çətinliklərə baxmayaraq irəliləmək olduğunu qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью