Argentina və İspaniya arasında Finalissimanın vaxtı dəyişdirilib

08.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Finalissimanın ilkin olaraq planlaşdırılan tarixini 28 mart 2026-cı ildən 27 marta dəyişdirmək qərarına gəlib.

İdman.Biz bildirir ki, Finalissima Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirdir.

“Marca”nın məlumatına görə, matçın Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılır. FIFA matçı “böyük final” kimi hiss etdirmək istəyir.

Lakin vurğulanır ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq. Əgər “La Furia Roha” mart ayında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, Finalissima baş tutmayacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью