Argentina və Rusiya yığmaları qarşılaşa bilər

11.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Argentina və Rusiya yığmaları qarşılaşa bilər

Argentina və Rusiya milli komandaları 2026-cı ilin payızında yoldaşlıq matçında üz-üzə gələ bilər.

QOL.az xəbər verir ki, bu barədə "Odds.ru" nəşri məlumat yayıb.

Məlumata görə, tərəflər arasında oyunun təşkili ilə bağlı danışıqlar aparılır. Qarşılaşmanın dəqiq tarixi hələ müəyyənləşməyib və digər beynəlxalq oyunların təqvimindən asılı olacaq.

Qeyd edək ki, komandalar daha əvvəl iki dəfə yoldaşlıq görüşündə qarşılaşıb. Hər iki oyunda Argentina qalib gəlib - 2009-cu ildə 3:2, 2017-ci ildə isə 1:0.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью