Argentina yığmasında növbəti itki

20.03.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə Argentin yığmasında növbəti futbolçu heyətdən çıxarılıb.

İdman.biz xəbər verir ki, "İnter"in hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsində komandasına kömək edə bilməyəcək.

Bu barədə ölkə futbol federasiyasından məlumat verilib. Martinesdən əvvəl Lionel Messi və Paulo Dibala Uruqvay (22 mart) və Braziliya (25 mart) yığmalarına qarşı oyunlarda iştirak etməkdən məhrum olmuşdular.

Qeyd edək ki, Argentina yığması Cənubi Amerika seçmə zonasında 12 turdan sonra 25 xalla lider mövqeyində qərarlaşıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью