Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Argentinada 16 yaşlı futbolçu Abel Nunez oyun zamanı aldığı ağır xəsarət nəticəsində həyatını itirib.
Apasport.az xəbər verir ki, “Ezeiza” klubunun üzvü “Deportivo Muniz”lə qarşılaşmada ağır zədə alıb.
Rəqibin qol vurmasına mane olmağa çalışan gənc futbolçunun başı qarşı tərəfin oyunçusunun baldırına çırpılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb.
Xəstəxanaya çatdırılan Nunez əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
“Qalatasaray”ın futbolçusu oyuna çıxmamış zədələndi “Strasbur”un yeni baş məşqçisi bəlli olur A Seriyası klubunda yeni müqavilə - RƏSMİ Deklan Rays “Arsenal”la müqaviləsini uzadır FIFA prezidentliyinə yeni namizəd: İnfantinonun rəqibi bəlli oldu