Icma.az, Apa.az saytına istinadən bildirir. Argentinanın şimal-qərbindəki Katamarka əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə yeraltı təkanların episentri 14,5 minə yaxın insanın yaşadığı Tinoqasta şəhərindən 46 km cənub-şərqdə olub.
Zəlzələnin hiposentri yerin 131 km dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.