Argentinada Dünya Kubokunun finalından sonra baş verən iğtişaşlarda 15 nəfər saxlanılıb

21.07.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026 FIFA Dünya Kubokunun finalında İspaniyaya 1:0 hesabı ilə uduzan Argentinada matçdan sonra iğtişaşlar baş verib.

APA xəbər verir ki, Buenos-Ayresin mərkəzində yerləşən Obelisk meydanında toplaşan minlərlə azarkeşdən ibarət qrup polisə daş və şüşə atıb. Buna cavab olaraq hüquq-mühafizə orqanları izdihamı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Toqquşmalar nəticəsində 7 polis əməkdaşı yaralanıb, 15 nəfər saxlanılıb. Hadisələrin zibil konteynerinin yandırılmasına cəhddən sonra başladığı bildirilir.

Argentina Prezidenti Xavyer Miley məğlubiyyətə baxmayaraq milli komandanı təbrik edib və yığmanın dünya ikincisi olması münasibətilə ölkədə milli istirahət günü elan etməyi planlaşdırdığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью