Argentinada məktəbdə atışma

31.03.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

San-Kristobal şəhərindəki orta məktəblərin birində 15 yaşlı oğlan odlu silahdan şagirdlərə atəş açıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 azyaşlı ölüb, 8 nəfər yaralanıb.

Ölən şagirdin 13 yaşı varmış. 8 yaralıdan ikisi güllə yarası, digər 6 nəfər isə basabasda xəsarət  alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, cinayətkar yeniyetmə məktəbin şagirdidir və  əməkdaşlardan biri tərəfindən zərərsizləşdirilərək polisə təhvil verilib. Hadisənin motivləri barədə məlumat verilmir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью