Argentinada ralli yarışında faciə

20.04.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentinanın Mina-Klavero şəhərində Cənubi Amerika rallisi zamanı faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yürüş maşınlarının biri yoldan çıxaraq izləyicilərin olduğu sektora çırpılıb.

Qəzanı paraqvaylı Didye Arias və Ektor Nunyes idarə etdikləri "Volkswagen Polo" ilə sərt döngədə törədiblər.  Nəticədə 3 nəfər ciddi xəsarət alıb.

Onlardan biri - 25 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını itirib. 40 yaşlı qadının və onun azyaşlı qızının vəziyyəti isə stabil ağırdır.

Qeyd edək ki, təşkilatçılar  qəzadan sonra yarışı dayandırıblar.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью