Argentinalı dəli vəfat etdi

21.04.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Argentinalı məşhur qapıçı Uqo Orlando Qatti 81 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə KONMEBOL-un mətbuat xidməti məlumat yayıb.

Uqo aqressiv oyun tərzinə görə "dəli" ləqəbi ilə tanınırdı.

O, "Atlanta", "River Pleyt", "Ximnasiya", "Union Santa Fe" klublarında oynayıb, 1976-1988-ci illərdə isə "Boka Xuniors"un oyunçusu olub. O, karyerasını 44 yaşında bitirib.

Qatti Argentina çempionatında 765 oyun keçirib və bu göstəriciyə görə liqanın rekordçusudur. 1982-ci ildə yerli liqada "ilin oyunçusu" seçilib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью