Argentinalı futbolçu İnter ə təklif olunub

04.08.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yuventus"un futbolçusu Niko Qonsales "İnter"ə təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Argentinalı vinger ötən mövsümü icarə əsasında Madrid "Atletiko"sunda keçirib. Madrid klubu 32 milyon avro ödəyərək onu birdəfəlik transfer etmək hüququna malik olsa da, bu imkandan istifadə etməyib. İspanların daha aşağı məbləğlə bağlı təklifi isə Turin təmsilçisi tərəfindən rədd edilib. "Yuventus" futbolçunu ən azı 27 milyon avroya satmaq niyyətindədir.
Qonsales artıq klub rəhbərliyinə və baş məşqçi Luçano Spallettiyə komandadan ayrılmaq istədiyini çatdırıb. O, Turinə qayıtmaq niyyətində deyil.
Hazırda "İnter" bu transfer variantını nəzərdən keçirir. "Neradzurri" rəhbərliyi Lautaro Martinesin Argentina millisindən komanda yoldaşı olan Qonsalesin taktiki baxımdan komandaya böyük fayda verə biləcəyi qənaətindədir. Hələlik klublar arasında rəsmi danışıqlara başlanılmasa da, Milan təmsilçisi futbolçunun vəziyyətini diqqətlə izləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью