sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hazırda İtaliyanın "Komo" klubunda çıxış edən argentinalı hücumameyilli yarımmüdafiəçi Niko Pas, son "transfer pəncərəsi" dövründə "Real"ın baş məşqçisi Joze Mourinyo ilə şəxsən əlaqə saxlayaraq, İspaniya klubuna yalnız ehtiyat oyunçu qismində qayıtmaq istəmədiyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Pas portuqaliyalı mütəxəssis İtaliyada qalmaq istədiyini açıq bildirib:
"Mən 'Real" bütün qəlbimlə sevirəm və sizə böyük hörmətim var. Lakin 'Real"da ehtiyat oyunçu olmaqdansa, "Komo"da ən azı bir mövsüm daha qalmağa, hər matçda oynamağa və inkişafımı davam etdirməyə üstünlük verirəm".
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsümdə 13 oyunda meydana çıxıb.