Argentinalı futbolçu zədəsini sağaltdı

12.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentinalı futbolçu zədəsini sağaltdı

Argentina millisinin qapıçısı Emiliano Martines dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçiriləcək matçda iştirak edə biləcək.

QOL.az xəbər verir ki, argentinalı jurnalist Qaston Edulun məlumatına görə, qolkiperin son tibbi müayinələri uğurla başa çatıb və onun əlindəki gips çıxarılıb.

Martines barmağını Avropa Liqasının finalı öncəsi isinmə zamanı zədələyib. Buna baxmayaraq o, “Aston Villa”nın “Frayburq” üzərində 3:0 hesablı qələbə qazandığı final görüşündə sona qədər meydanda olub.

Məlumata görə, təcrübəli qapıçı qarşıdakı oyunlarda barmağını qorumaq üçün xüsusi əlcəklərdən istifadə edəcək.

Qeyd edək ki, Martinesin iyunun 17-nə keçən gecə Əlcəzairə qarşı keçiriləcək görüşə start heyətində çıxacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью