Argentinalı futbolçunun evini qarət etdilər

04.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

İngiltərənin "Brayton" klubunun futbolçusu Valentin Barkonun evi qarət edilib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bunu sözügedən oyunçunun sevgilisi sosial şəbəkələrdə açıqlayıb.

Hazırda icarə əsasında "Sevilya"da çıxış edən argentinalının sevgilisi İspaniyadakı evlərində baş verən oğurluq hadisəsinin görüntülərini paylaşıb və təhlükəsizliyin aşağı səviyyədə olmasından şikayətlənib.

Qadın artıq polisə şikayət etdiklərini bildirib.

Qeyd edək ki, bu il Argentinanın "Boka Xuniors" klubundan "Brayton"a transfer edilən Barko cari mövsümün sonunadək 2025-ci ilin yayına qədər Əndəlüs klubunda icarədə olacaq. 

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью