Argentinalı futbolçunun üzündə iflic aşkarlandı

30.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Argentina millisinin və Meksikanın "Monterrey" klubunun futbolçusu Lukas Okamposun üzünün sol tərəfində iflic aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İflicin virus mənşəli fəsadlar nəticəsində yarandığı ehtimal olunur. 31 yaşlı yarımmüdafiəçiyə ilkin olaraq 7 günlük istirahət verilib.

Bu müddətdən sonra o, müayinədən keçəcək və nəticələr əsasında məşqlərə qayıdışla bağlı qərar veriləcək.

Qeyd edək ki, Lukas Okampos 2024-cü ildən "Monterrey"in heyətində çıxış edir. Futbolçu bu mövsüm 21 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью