Argentinalı hücumçu Atletikoya keçə bilər

15.07.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"Botafoqo"nun və Argentina millisinin hücumçusu Tiaqo Almada "Atletiko"nun maraq dairəsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

24 yaşlı futbolçu Madriddən gələn təklifə artıq cavab verib və bu transferdə maraqlıdır.

Alış qiyməti təxminən 25 milyon avro olacağı gözlənilir.

Almada 2025-ci ildə Fransa "Lion"unda icarə əsasında 20 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью