Argentinalı hücumçu “Barselona” yolunda

29.05.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Atletiko”nun hücumçusu Yulian Alvares karyerasını “Barselona”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə argentinalı futbolçunun klubdan ayrılmaq istədiyi və Kataloniya təmsilçisinə keçmək niyyətində olduğu bildirilib.

“Atletiko” Alvares üçün 150 milyon avro tələb edir.

26 yaşlı hücumçu başa çatan mövsümdə 49 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью