futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığma karyerasını başa vurub.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli müdafiəçi qərarını bu sözlərlə açıqlayıb:
“Əgər həmişəlik saxlayacağım bir şey varsa, o da heç vaxt inamını itirməyən, son saniyəyə qədər mübarizə aparan və bu rəngləri bütün qəlbi ilə qoruyan fövqəladə bir komanda ilə bu yolu birlikdə keçməyimin qürurudur”.
Xatırladaq ki, Argentina yığması DÇ-2026-nın finalında 0:1 hesabıyla İspaniyaya uduzub.