sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Çelsi" Argentina millisinin qolkiperi Emiliano Martinesin transferi ilə bağlı qərar verməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
London klubu növbəti qapıçı ayrılığından sonra 33 yaşlı futbolçunun transferini reallaşdırıb-reallaşdırmayacağını müəyyənləşdirəcək. Klub rəhbərliyi, sahiblər və baş məşqçi Xabi Alonso Martinesin mümkün transferini ciddi şəkildə müzakirə edirlər.
Məlumata görə, Martines "Çelsi"yə keçməyə razıdır və komandanın avrokuboklarda iştirak etməməsi də onun qərarına təsir etməyib.