Argentinalı qapıçı “zadəganlar”ın hədəfində

26.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Aston Villa”nın qapıçısı Emiliano Martines transfer dövrü bağlanana qədər “Çelsi”yə keçməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin jurnalisti Devid Ornşteyn məlumat yayıb.

Birmingem təmsilçisinin yaponiyalı qolkiper Zion Suzukini heyətinə qatmasından sonra 33 yaşlı argentinalı qapıçının nümayəndələri futbolçunu London klubuna təklif ediblər. “Zadəganlar” əlcək sahibinin keçidində maraqlıdırlar və transfer variantlarını nəzərdən keçirirlər.

Emiliano Martines “Arsenal”ın yetirməsidir. O, 2012–2020-ci illərdə “topçular”ın şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью