Argentinalı ulduz Lamin Yamal barədə danışıb

18.04.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Barselona"nın gənc ulduzu Lamin Yamalın çıxışı haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, argentinalı futbolçu bu barədə "İnter Mayami"nin mətbuat xidmətinə müsahibəsində danışıb:

"Görünən odur ki, Lamin nə etdiyini bilir. O, artıq İspaniya millisi ilə Avro- 2024-ü qazanıb. Onun cəmi 17 yaşı var, hələ də böyüməkdədir. O, inanılmaz keyfiyyətlərə malikdir və artıq dünyanın ən yaxşı futbolçularından biridir".

Qeyd edək ki, Lamin cari mövsümdə "Barselona"nın heyətində 45 oyun keçirib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью