Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FIFA DÇ-2026-nın ilk turunun yekunlarına əsasən hücum, kreativlik və müdafiə nominasiyaları üzrə start matçlarının ən yaxşı futbolçularının adlarını elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ali futbol qurumunun saytında məlumat yayılıb.
Məlumata görə, hücum xəttində turun ən yaxşısı adını Argentina millisinin kapitanı Lionel Messi qazanıb. Əlcəzairə qarşı keçirilən və “tanqoçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda əfsanəvi hücumçu het-trikə imza atıb. O, Argentina yığmasının rəqib qapısına vurduğu ümumi zərbələrin 60%-nin müəllifi olub.
“Kreativlik” nominasiyasında isə İran millisinin müdafiəçisi Ramin Rezayan hamını qabaqlayıb. O, Yeni Zelandiya ilə qollu bərabərliklə (2:2) başa çatan görüşdə qol vurmaqla yanaşı, 16 dəqiq ötürmə edib və 13 dəfə rəqibin müdafiə və yarımmüdafiə xəttini yarmağı bacarıb.
Müdafiə fəaliyyətinə gəlincə, bu komponentdə Kanada yığmasının oyunçusu Derek Kornelius rəqibsiz olub. Bosniya və Herseqovina ilə heç-heçə (1:1) bitən qarşılaşmada o, 17 dəfə topu rəqibdən təmiz qəbul edib ki, bu da ilk turun mütləq rekordudur. Korneliusun aktivində həmçinin 13 top uzaqlaşdırma, 4 blok, 4 top kəsmə və 8 qalib gəlinən hava mübarizəsi var.