Argentinaya qarşı oynamadı, Messidən hədiyyə aldı Foto

14.07.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yoan Manzambi 2026-cı il Dünya Kubokunda İsveçrə millisinin əsas ulduzlarından biri kimi parlayıb. Üç qol və iki məhsuldar ötürmə ilə “Nyukasl”ın yeni transferi DÇ-2026-da diqqəti cəlb edib. Lakin diz zədəsi 20 yaşlı yarımmüdafiəçinin Kolumbiya və Argentinaya qarşı oynamasına mane olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, buna baxmayaraq, İsveçrənin ən çox qol vuran oyunçusu DÇ-ni xüsusi hədiyyə ilə tərk edib.

Argentina ilə oyundan (1:3) sonra Manzambi Lionel Messidən forma hədiyyə alıb. Futbolçu Leonun hədiyyəsini sosial mediada nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью