Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ölkədə arıçılıq təsərrüfatları ilə bağlı son statistika açıqlanıb.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2000-ci ildə ölkədə arı ailələrinin sayı 2000-ci ildə 56 972 olubsa, 2024-cü ildə bu rəqəm 579 027 olub.
2025-ci ildə arıçılıqla məşğul olan 29 456 təsərrüfatda 545,1 min arı ailəsi mövcud olub. Onlardan 4757,0 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254,0 kq arı südü əldə edilmişdir.
İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.
2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 faiz, bal istehsalı 7,9 faiz, mum istehsalı 6,9 faiz, vərəmum istehsalı 12,2 faiz, güləm istehsalı 11,2 faiz azalıb, arı südü istehsalı isə 6,2 faiz artıb.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin