Arı sancmasının faydaları Bu xəstəlikləri sağaldır | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Arı sancması insanları qorxudur.
Lakin arı sancdığında ağrı hiss etməyimizə səbəb olan arı zəhərinin xeyirləri də vardır.Arı polenindən və balından fərqli olan bu zəhərin faydalı olduğuna dair iddialar qədim Misir dövrlərinə qədər uzanır.Bu zəhərin içərisində olan mellitin, adolapin və apamin iltihab maddələri sayəsində bədəndəki iltihabları azalda bilir.
Amerika və İsveçdə aparılan araşdırmalar zamanı zəhərin ağrıkəsici təsirə malik olduğu da öyrənilib.
Arı zəhəri zəngin flora və faunası olan Azərbaycanımız və xarici ölkələrin təbabətində geniş şəkildə rast gəlinir.
Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir.
Son vaxtlar arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir.
Arı sancmasından qaynaqlanan maye zəhərin oynaq iltihabını müalicə etməyə və hətta qarşısını almağa xeyri var.Arı sancması müalicəsinin müəyyən bir neçə xəstəlik müalicəsində istifadə edildiyi də ifadə edilir.
O xəstəliklərin başında asma xəstəliyi gəlir. Digər xəstəliklərdən biri də MS xəstəliyidir.
Tam oxu
Xəbəri oxu