Arı saxlayanlara nə qədər pul verilir? CAVAB

10.04.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) Arı subsidiyası ilə bağlıdır.

Arı subsidiyası nədir ?

Cavab: Hər arı ailəsinə (pətəyə) görə verilən subsidiyadır.

Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir.

Bəs arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olarsa subsidiya hansı qaydada verilir ?

Cavab: Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, arı subsidiyası aşağıdakı qaydada verilir:

fərq 10 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş arı ailələrinin sayına görə verilir; fərq 10–30 faiz olduqda, cari il ərzində arıçıya subsidiya ödənilmir;

fərq 30 faizdən çox olduqda, arıçıya cari il və sonrakı il ərzində subsidiya ödənilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью