Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Bal arılarından alınan zəhərin laboratoriya şəraitində aqressiv döş xərçəngi hüceyrələr
Bunu Avstraliya alimləri bildirib. Zəhər - və tərkibindəki melittin adlı bir qarışıq - müalicəsi çətin olan iki xərçəng növü olan "üçqat mən
Döş xərçəngi xərçəngin dünyadakı qadınlara ən çox təsir edən növüdür.
Laboratoriya şəraitində xərçəng hüceyrələri ilə mübarizə apara bilən minlərlə kimyəvi birləşmə olsa da, alimlər onlardan çox azının insanların müalicəsi üçün istehsal edilə bilən olduğunu söyləyirlər.
Arı zəhərinin əvvəllər melanoma kimi digər xərçəng növləri üçün xərçəng əleyhinə xüsusiyyətləri olduğu aşkar edilmişdi.
Qərbi Avstraliyadakı Harry Perkins Tibbi Araşdırmalar İnstitutu tərəfindən aparılan araşdırma "Nature Precision Oncology" jurnalında dərc edilib.
Tədqiqatçılar nə tapıblar? Tədqiqatda 300-dən çox bal arısı və yabanı arıdan zəhər sınanılıb.
Araşdırmaya rəhbərlik edən 25 yaşlı PhD tədqiqatçısı Ciara Duffy deyir ki, arı ekstraktlarının "son dərəcə güclü təsirə" malik olduğu aşkar edilib.