Arianadan “Ağ Ev”ə qadağa!

12.06.2026

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Ariana Qrande “Ağ Ev”in “Immigration and Customs Enforcement” agentlərini dəstəkləyən bir videoda onun mahnılarından birinin istifadə edilməsinə görə tənqid edib.

OLAY yazır ki, çoxsaylı “Grammy” mükafatları laureatı olan müğənni “TikTok”da “Ağ Ev” tərəfindən paylaşılan bir paylaşıma cavab verib. Həmin videoda onun “Bye” adlı mahnısı fonunda “Immigration and Customs Enforcement” agentlərinin insanları həbs edib qandallaması göstərilib.

“Xahiş edirəm, musiqimi heç vaxt bu cür barbar, qeyri-insani və iyrənc şeylərlə əlaqəli şəkildə istifadə etməyin,” deyə o etirazını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью