Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən ilin payızından Kəlbəcərdə yaşayan Ceyhun Əsgərov 10 ildir ki, arıçılıqla məşğuldur.
Baku TV-yə açıqlamasında o, 2025-ci ilin sentyabr ayından ailəsi ilə birlikdə Kəlbəcərə köçdüyünü bildirib:
"18 ildir riyaziyyat müəllimi kimi çalışıram. Əvvəllər Gəncədə məskunlaşdığımız üçün arıçılıqla da orada məşğul olurdum".
Bu il təxminən 400 kiloqram məhsul əldə etdiyini deyən arıçı satdığı balın bir kiloqramının qiymətinin 30-40 manat arasında dəyişdiyini söyləyib.
O, həmçinin vurğulayıb ki, Kəlbəcərdə balın məhsuldarlığı Gəncə ilə müqayisədə daha yüksəkdir.