Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yay aylarında tez-tez təsadüf olunan hallardan biri də arı sancmasıdır. Arı sancdıqda ağrı, qızartı, şişkinlik kimi əlamətlərə səbəb olan toksinlər xaric edir.
Bəzi insanların bu toksinlərə qarşı allergiyası olur. Bu şəxslərdə əlavə olaraq tənəffüs çətinləşməsi müşahidə oluna bilər".
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Bildirib ki, arı sancması zamanı ilk əvvəl 30 saniyə ərzində arının dəri altında qalan iynəsini çıxartmaq lazımdır. Əks təqdirdə, toksinlərin yayılması və nəticədə zərərçəkəndə ağrıların daha da şiddətlənməsinə səbəb olur.
Arı sancdığı yeri soyuq su və sabunla yumaq lazımdır. Eyni zamanda buz qoyulmalıdır. Buzun qoyulması zəhərin sorulmasını azaldır. Arının sancdığı yerdə aşağıdakı reaksiyalar ola bilər:
• Ağrı 1-3 saat boyunca şiddətli olur, ağrıkəsici siroplar faydalı olur.
• Şişkinlik 2 - 7 gün arasında davam edir.
• Qızartı sancmadan sonra 1 həftəyə qədər davam edə bilər.
Arı sancması zamanı antihistamin preparatlardan (tavegil, suprastin, dezloratadin) və ağrıkəsicilərdən istifadə etmək olar.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin