Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Tribunainfo.az xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib. Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.