Arif Babayevin məzarından video paylaşdı

20.11.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Nəzakət Teymurova mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, muğam ifaçısı mərhum həmkarının məzarını ziyarət etdiyi anları sosial media hesabında yayımlayıb. N.Teymurova ustadını bu sözlərlə yad edib:

"Bu gün mənim üçün çox dərin və mənalı keçdi. Tələbələrimlə birlikdə böyük ustadım Arif Babayevin məzarını ziyarət edərkən onun sənətimizə bəxş etdiyi misilsiz məktəbi, ustad nəfəsini və insanlığı bir daha xatırladım. Onun bizə miras qoyduğu səs mədəniyyəti, sənətə olan vicdanı və nizamı bu gün də yolumuzu işıqlandırır. Allah ona rəhmət eləsin – ruhu şad, məkanı nurla dolu olsun.

Bu günü daha da təsirli edən isə Ağdamın azad olunduğu gün olması idi. Ağdamlı biri olaraq qəlbim həm qürurla doldu, həm kövrəldi. Ustadın xatirəsi ilə torpağımın azadlığı sanki bir anda birləşib böyük bir mənəvi yük yaratdı.

Cümə axşamı günü ustadımın ruhuna etdiyimiz dua və doğma torpağımızın azadlığı - hamısı bir yerdə bu günü mənim üçün unudulmaz etdi. Bu gün həm borcumu, həm kökümü, həm də ustadımın böyüklüyünü daha dərindən hiss etdim. Ruhunuz şad olsun, ustad!".

Qeyd edək ki, A.Babayev bu ilin avqustunda dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью