Arif Babayevin oğlu: Gözlərini aça bilmir, yanında olduğumu da hiss etmir

31.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dünən günorta da, gecə də yanına getdim. Artıq həkimlər yaxşı heç nə demirlər".

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.

Y.Babayev əlavə edib ki, A.Babayevin vəziyyətində heç bir irəliləyiş yoxdur:

"Gözlərini aça bilmir, reaksiyaları zəifləyib. İndi yanında olduğumu da hiss etmir".

Mərkəzi Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Arif Babayevin vəziyyəti ağır olaraq qalır:

"Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью