Arif Əsədov AFFA nın təklifinə “hə” deyib “mənim üçün şərəfdi”

13.03.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samir Əliyevin istefasından sonra boş qalan U-21-in baş məşqçi postuna tezliklə təyinat olacaq. Bu yöndə qərarın AFFA İcraiyyə Komitəsinin növbəti iclasında veriləcəyi gözlənilir.

Bilindiyi kimi, federasiyanın yığmanı əmanət etmək istədiyi mütəxəsisslər sırasında Arif Əsədov da var. “Football-plus.az” mövzuyla bağlı təcrübəli məşqçinin fikirlərini öyrəndi:

“AFFA-da U-21-in baş məşqçisi vəzifəsində işləmək istəyib-istəməməyimlə bağlı fikir mübadiləsi apardıq. Belə təklifə müsbət yanaşdığımı bildirdim. Əsas millidə çalışandan sonra U-21-də işləmək, təbii ki, mənim üçün şərəfdi. Bəlkə də kimsə bunun mənim üçün eniş olduğunu deyə bilər, lakin mən belə düşünmürəm. Milli millidi, hər məşqçinin borcudu ki, ona canla-başla qulluq etsin. Lakin bu sırada tək deyiləm. AFFA-nın bu vəzifəyə bir neçə namizədi var. Qərarı İcraiyyə Komitəsi verəcək. Bizə yeni baş məşqçi haqda qərara, kimliyindən asılı olmayaraq, hörmətlə yanaşmaq düşür”.


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью